“DreamWorks Animation”ın məşhur “Şrek” franşizası yeni filmlə davam edəcək. Seriyanın beşinci hissəsinin 2027-ci ilin yayında tamaşaçılara təqdim olunması planlaşdırılır.
Globalinfo.az xəbər verir ki, filmin əsas personajlarını səsləndirən Maykl Mayers, Eddi Mörfi və Kameron Diaz yeni ekran işində də əvvəlki rollarını canlandıracaqlar.
Layihənin aktyor heyətinə bu dəfə Zendaya da daxil edilib. O, filmdə yeni personajlardan birini səsləndirəcək.
Bundan başqa, “Universal” 2028-ci ildə Eddi Mörfinin səsləndirdiyi Eşşək obrazına həsr olunmuş ayrıca spin-off filminin də ekranlara çıxacağını açıqlayıb.