“Flydubai” təyyarəsinin ikinci pilotu Təl-Əvivə uçuş zamanı təyyarəni ələ keçirərək Ben-Qurion hava limanının terminalına çırpmaq niyyətində olub.
Globalinfo.az-ın İsrailin 12-ci kanalına istinadən verdiyi xəbərə görə, ikinci pilot dindirmə zamanı bu planını etiraf edib.
Məlumata əsasən, o, təyyarəni əvvəlcə normal şəkildə Ben-Qurion hava limanına endirməyi, daha sonra isə son anda istiqaməti dəyişdirərək hava limanının terminalına çırpmağı planlaşdırıb.
Hadisə zamanı təyyarənin kapitanının yaralanmasına baxmayaraq kabinənin qapısını açmağı bacarması ehtimal olunan faciənin qarşısının alınmasında həlledici rol oynayıb.
Qeyd edək ki, sentyabrın 30-da Dubay–Təl-Əviv marşrutu üzrə uçan “Flydubai” təyyarəsi təhlükəsizliklə bağlı insident səbəbindən Səudiyyə Ərəbistanının Təbuk şəhərindəki hava limanına məcburi eniş edib.