rusyada veba panigi 28 yasindaki laborant oldu 5 20297911 7780 amp

Tarixin ən təhlükəli yoluxucu xəstəliklərindən biri hesab olunan vəba Rusiyada baş verən şübhəli ölüm hadisəsindən sonra yenidən gündəmə gəlib.

Globalinfo.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

İddialara görə, vəba üzrə araşdırmaların aparıldığı elmi müəssisədə çalışan 28 yaşlı Darya Şipilova bakteriya nümunəsinin saxlanıldığı sınaq şüşəsini təsadüfən sındırdıqdan sonra həyatını itirib.

Hadisədən sonra mümkün yoluxma riskinə görə təxminən 200 nəfərin tibbi nəzarətə götürüldüyü bildirilir. Eyni zamanda, beş xəstəxanada karantin tədbirlərinin tətbiq edildiyi qeyd olunur.

Şipilovanın ölümünün məhz vəba bakteriyası ilə əlaqəli olub-olmadığı ilə bağlı yekun nəticənin müvafiq araşdırmalardan sonra açıqlanacağı gözlənilir.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: