Metro Baki 13131 900x552 1

Bakı Metropolitenində 10 yeni stansiyanın 6-sının “Bənövşəyi xətt” üzərində inşası nəzərdə tutulur.

Bu sözləri Bakı Metropoliteni QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov Globalinfo.az-a müsahibəsində deyib.

O bildirib ki, hazırda bu xətt metropolitenin ən az inkişaf etmiş istiqamətidir:

“Halbuki “Avtovağzal” və “Xocəsən” stansiyalarının yerləşdiyi ərazi şəhərə ən böyük sərnişin axınlarından birinin formalaşdığı istiqamətdir. Buna baxmayaraq, həmin istiqamətdəki 4 stansiyanın payına metropolitendə ümumi sərnişin daşınmasının cəmi 3 faizi düşür. Sərnişinlərin 97 faizi isə Yaşıl və Qırmızı xətlərdən istifadə edir.

Sumqayıt, Xırdalan, Masazır və Bakı–Şamaxı yolu istiqamətindən gələn sərnişinlər hazırda “Avtovağzal” stansiyasından metrodan istifadə etməyə üstünlük vermirlər. Bunun əsas səbəbi həmin stansiyadan daxil olduqdan sonra xətt dəyişmək zərurətidir. Yeni stansiyaların inşasından sonra isə bu vəziyyət dəyişəcək. Məsələn, Sumqayıtdan gələn sərnişin “Avtovağzal” stansiyasından metroya daxil olaraq yalnız bir istiqamətdə hərəkət etməklə, əlavə xətt dəyişməsinə ehtiyac olmadan “Həzi Aslanov” stansiyasına qədər yolunu yeraltı nəqliyyatla davam etdirə biləcək”.

Müsahibəni tam halda buradan oxuya bilərsiniz: “Bakını iflic vəziyyətindən xilas etmək üçün başqa çıxış yolu qalmamışdı” – Metropoliten rəsmisi ilə MÜSAHİBƏ

Paylaş: