İsrailin Baş naziri Benyamin Netanyahu ölkələr arasında münasibətlərin pisləşməsi fonunda Britaniyanı təcrid olunmuş dövlətlə müqayisə edib.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Deyli Meil” məlumat yayıb.
Netanyahunun sözlərinə görə, Britaniya hökuməti öz siyasi elektoratının dəstəyini qazanmağa çalışaraq İsrailin düşmənlərini razı salmaq yolunu tutub:
“Bu, (Britaniya) nəzarətdən çıxıb. Təcrid olunmuş dövlət kimi”.
Netanyahu həmçinin Britaniya hakimiyyətini İran və onun müttəfiqlərinə qarşı mübarizə aparmaq əvəzinə, İsraili tənqid etməkdə ittiham edib:
“Lakin ölkələr arasında fikir ayrılıqlarına baxmayaraq, İsrail Britaniyanı hələ də müttəfiqi hesab edir”.
İsrailin baş naziri Britaniya hakimiyyətini ölkəyə qanunsuz miqrant axınına görə də tənqid edib:
“Britaniya sərhədlərinə nəzarəti bərpa etməsə, “Britaniyanı itirə bilər”. Ölkənin hələ də özünə gəlib İsraillə münasibətləri bərpa etməsi üçün vaxtı var”.