fexri mehdiyev

Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olan “Azərpambıq Aqrar Sənaye Kompleksi”ində yeni kadr təyinatları olub.

Globalinfo.az bildirir ki, iqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı “Azərpambıq ASK”nın Baş direktoru Fəxri Mehdiyev müvafiq əmrlər imzalayıb.

Əmrə əsasən, Fərid İsayev Baş direktorun müavini, Yunis Səfərli Maliyyə direktoru, Əminə Axundova Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (SƏTƏMM) departamentinin müdiri, Elvin Məmmədzadə Büdcələşdirmə və hesabatlılıq şöbəsinin müdir müavini və Hafis Quliyev Büdcələşdirmə və Hesabatlılıq üzrə menecer vəzifəsinə təyin olunublar.

Xatırladaq ki, bir neçə gün əvvəl Fəxri Mehdiyev Afər Mehrabova Əzimovanı özünə yeni müşavir təyin edib.

“Azərpambıq”ın Baş direktoru yeni müavin, direktor və departament müdiri təyin etdi

Paylaş: