sevinc tahirova

ANS-in keçmiş əməkdaşı Sevinc Tahirovanın “MTV Azərbaycan”a icraçı direktor təyin olunması barədə məlumat yayılıb.

Globalinfo.az bildirir ki, o, “Qafqazinfo”ya açıqlamasında sözügedən xəbərə aydınlıq gətirib.

S.Tahirova bildirib ki, sadəcə həmin kanalın tərkibində fəaliyyət göstərən reklam agentliyinə təyinat alıb: “Əlbəttə ki, MTV-nin öz təsisçisi, rəhbərliyi var. Mənim icraçı direktor olmağım isə reklam agentliyinə aiddir”.

Qeyd edək ki, Sevinc Tahirova müxtəlif illərdə ANS, eyni zamanda Lider TV-də jurnalist və ictimaiyyətlə əlaqələr mütəxəssisi kimi  çalışıb.

***09:48

“MTV Azərbaycan”a yeni İcraçı direktor təyin olunub.

Globalinfo.az Yurd.Media-ya istinadən xəbər verir ki, müvafiq əmrlə bu vəzifəyə Sevinc Tahirova təyin edilib.

Sevinc Tahirova sentyabr ayında “MTV Azərbaycan” telekanalının Marketinq Departamentinin rəhbəri vəzifəsinə təyin olunmuşdu.

O, bu vəzifəsinə qədər “VMF Company” şirkətində Marketinq və PR Departamentinin rəhbəri kimi fəaliyyət göstərib.

Əvvəlki illərdə ölkənin aparıcı televiziya kanallarında da fəaliyyət göstərən S. Tahirova, 2015–2016-cı illərdə ANS TV-də jurnalist, 2007–2010-cu illərdə isə Lider TV-də jurnalist və ictimaiyyətlə əlaqələr mütəxəssisi vəzifələrində çalışıb.

Paylaş: