Rəqqas Nicat Azadlının keçmiş həyat yoldaşı ona qarşı fiziki və psixoloji zorakılıq tətbiq etməsini sosiallaşdırması məsələsinə aydınlıq gətirib.
Globalinfo.az xəbər verir ki, bu barədə, o, öz sosial hesabında paylaşım edib.
Qadın qeyd edib ki, məsələni sosiallaşdırmasına səbəb keçmiş həyat yoldaşının məhkəmə tərəfindən 1500 manat cərimələnməsi və əlavə heç bir cəza verilməməsi olub:
“Qarşı tərəf bildirir ki, mən bunları pula görə etmişəm, mən isə bunu pula görə etməmişəm. O, məni universitetə getməyə qoymayıb və adımdan təhsil tələbə krediti götürməyə məcbur edib. Təhsil haqqımı dövlət ödəyib, amma mənim üzərimə borc yazılıb. Məhkəmə isə onu 1500 manat məbləğində cərimələyib. Onun məni döyməsi, insanların içində təhqir etməsi, saçımdan tutaraq mebelə çırpması və nəticədə ağız-burnumun qanaması, dəfələrlə yolun ortasında məni alçaltması cəmi 1500 manatla ölçülür? Mənim əlimdə onun mənim boynuma hansı borcları yığdığını və mənə nələr yaşatdığını göstərən faktlar, sübutlar var. Bununla bağlı şəkillər də mövcuddur”.