Türkiyədə narkotiklə bağlı aparılan istintaq çərçivəsində saxlanılan Serenay Sarıkaya sərbəst buraxılıb.
Globalinfo.az Türkiyə mediasına istinadla xəbər verir ki, aktrisadan ekspertiza üçün saç və qan nümunələri götürülüb.
Tibbi prosedurlar tamamlandıqdan sonra o, sərbəst buraxılıb.
***13:42
Türkiyəli məşhur aktrisa Serenay Sarıkaya saxlanılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilir ki, narkotiklə bağlı aparılan istintaq çərçivəsində aktrisa barəsində saxlanılma qərarı çıxarılıb.
Xaricdə olduğu vaxt barədə qərar verilən Sarıkaya İstanbula qayıdarkən saxlanılıb.
Safura Bənnayeva
Globalinfo.az