
Rusiyanın Voronej vilayətində Mi-8 tipli hərbi helikopter qəzaya uğrayıb.
Globalinfo.az xəbər verir ki, Rusiya mediasının yaydığı məlumata görə, hadisə Voronej şəhərindən təxminən 80 kilometr uzaqlıqda yerləşən ərazidə baş verib. Helikopter uçuş zamanı tarlaya düşüb.
Qəza nəticəsində helikopterin göyərtəsində olan üç nəfərin həyatını itirdiyi bildirilir.
Hadisənin səbəbləri hələlik məlum deyil. Qəza ilə bağlı Rusiya tərəfindən rəsmi açıqlama verilməyib.