Tramp Cinpin 111

“Vaşinqton Çinə silah satmağı planlaşdırmır”.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” ABŞ administrasiyası nümayəndələrinə istinadən məlumat yayıb.

Açıqlamaya ABŞ-ın Çindəki səfiri Devid Perdyunun “Fox News” telekanalına verdiyi müsahibə səbəb olub. Diplomat bildirib ki, Prezident Donald Tramp Çin lideri Si Cinpinlə söhbəti zamanı Pekinin ABŞ-dan silah almaq istəyib-istəmədiyi ilə maraqlanıb.

“Tramp dəfələrlə deyir ki, biz dünyanın müxtəlif ölkələrinə silah satırıq. Hətta bir dəfə Çin sədrindən nəsə almaq istəyib-istəmədiyini soruşub”, – deyə Perdyu bildirib.

O, bu sualın nə vaxt verildiyini və Çin liderinin buna necə cavab verdiyini açıqlamayıb.

Bundan sonra ABŞ administrasiyasının nümayəndələri Çinə silah tədarükü ilə bağlı hər hansı plan və ya təklifin olmadığını bildiriblər.

“Çinə silah satışı qanunla qadağandır”, – deyə ABŞ rəsmilərindən biri vurğulayıb.

WSJ yazır ki, iki ölkə arasında hərbi və texnoloji sahələr də daxil olmaqla strateji rəqabətin davam etdiyi bir vaxtda Çinə silah satışı məsələsi xüsusilə həssas mövzudur.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: