İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin Baş naziri Benyamin Netanyahunu təhdid edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
“Əgər Netanyahu sağdırsa, onu təqib edəcəyik və öldürənə qədər davam edəcəyik”, – deyə onlar “Əsl Vəd-4” Əməliyyatının 52-ci dalğası ilə bağlı açıqlamasında qeyd edib.
Bəyanatda SEPAH Təl-Əvivdəki sənaye ərazilərini ağır raketlərlə hədəf aldığı, Küveytdəki Ərbil əl-Hərir Hava Bazasının, Əli əl-Salim və Arifcan Düşərgəsinin sənaye sahələrinə, eləcə də ABŞ qüvvələrinin cəmləşdiyi mərkəzlərə raket və pilotsuz təyyarə hücumlarının edildiyi vurğulanıb.
Qeyd edək ki, bundan əvvəl İran mediasında İsrailin Baş naziri Benyamin Netanyahunun öldüyünə dair iddialar yayılmışdı.
İsrail Baş Nazirinin Ofisi isə “Bunlar saxta xəbərlərdir, baş nazir yaxşıdır”, deyə açıqlama vermişdi.
Əliyar Xəlil
Globalinfo.az