“Formula 1” üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüş başa çatıb.
Globalinfo.az bildirir ki, bu dəfə “Red Bull”dan Maks Ferstappen ən yaxşı nəticəni göstərib.
“Mersedes” pilotu Corc Rassell ikinci, “Ferrari”dən Lüis Hemilton üçüncü yeri tutub.
Bu gün əsas pilotların sıralama turu da gerçəkləşəcək.
Ötən gün “Mersedes” pilotu Corc Rassell birinci və ikinci sınaq yürüşündə ən yaxşı nəticəni göstərib.
Qeyd edək ki, Azərbaycan Qran-prisində əsas yarış sentyabrın 26-da keçiriləcək.
***13:20
“Formula 1” üzrə Azərbaycan Qran-prisində maraqlı hal yaşanıb.
Globalinfo.az bildirir ki, üçüncü sərbəst yürüşdə trasa ağac budağı düşüb.
Qeyd edək ki, Bakıdakı Qran-pri sentyabrın 26-da başa çatacaq.
X X X
“Formula 1” üzrə Azərbaycan Qran-prisində qəza baş verib.
Globalinfo.az bildirir ki, hadisə üçüncü sərbəst yürüşdə qeydə alınıb.
“Aston Martin”in sürücüsü Lens Stroll uğursuzluqla üzləşib. Onun idarə etdiyi bolid baryerə dəyib.
Qeyd edək ki, yarış sentyabrın 26-da başa çatacaq.
***12:33
“Formula 1” üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüş başlayıb.
Globalinfo.az bildirir ki, mübarizəyə saat 12:30-da start verilib.