webp

Çin Prezidenti Si Cinpin ABŞ-a səfəri çərçivəsində Tayvanı bir daha Pekinin “qırmızı xətt”i adlandırıb.

Analitiklərin fikrincə, bu addım Vaşinqtonla münasibətləri yenidən gərginləşdirə bilər.

Globalinfo.az-a danışan siyasi şərhçi Əli Zülfüqaroğlu deyib ki, Pekin bununla Tayvan məsələsi ilə bağlı heç bir güzəştdən söhbət gedə bilməyəcəyi mesajını verir:

“Buna görə də Tayvanın müzakirəyə qapalı olduğunu söyləmək mümkündür.

Amma iqtisadiyyatın bir sıra sahələri ilə bağlı müzakirələr və danışıqların davam edtrilməsi ilə bağlı razılıq ehtimalı böyükdür.

eli zulfu 900x585 2
Əli Zülfüqaroğlu

Böyük ehtimal, Tayavan məsələsi ilə bağlı status-kvo saxlanılmaqla priroitet məsələlər iqtisadi münasibətlərdəki problemlərin həllidir. Çünki qarışıqlı iqtisadi hücumlar həm Birləşmiş Ştatlar, həm də Çinə zərər verir. Xüsusilə müasir texnologiyalarla bağlı qarşılqışlı əlaqələrdə problem dərinləşir. Bu isə, əlbəttə, bütün dünyaya təsir edir. Ona görə də Çin və ABŞ kimi nəhəng iqtisadi və hərbi gücə malik olan dövlətlər arasında yaranan gərginlikdən dünya iqtisadiyyatı ilə yanaşı tərəflər də ciddi zərər görür.

Bu baxımdan hesab edirəm ki, Tayvanla bağlı ziddiyyətlər qalsa da, digər istiqamətlərdə kompromislər mümkündür.

Təbii ki, Tayvan gərginliyi ilə əlaqədar hərbi eskalasiya riski bütün dünya üçün ciddi təhdid olaraq qalır”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: