“Ukraynada müharibə başa çatdıqdan sonra da Rusiya ilə əlaqələrin normallaşacağını düşünmürük”.
Globalinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.
O, bildirib ki, ukraynalıların masa arxasında nəyə nail ola biləcəkləri onların döyüş meydanındakı gücündən asılıdır.
Stoltenberq danışıq masası qarşısında Ukraynanın əlinin gücləndirilməsinin vacib olduğunu vurğulayıb:
“Əgər biz Ukraynanın Avropada müstəqil demokratik ölkə olaraq qalacağını, danışıqlar yolu ilə sülh istəyiriksə, buna nail olmağın ən sürətli yolu Ukraynanı dəstəkləməkdir. Sülhə gedən yol əslində silahdan keçir”.
Müharibənin nəticəsi nə olursa olsun, bitdiyi zaman Avropada təhlükəsizlik vəziyyətinin daimi olaraq dəyişdiyini bildirən Stoltenberq Rusiyanın fərqli Avropa istədiyini və qonşularına nəzarət etməyi hədəflədiyini bildirib:
“Rusiya ilə münasibətlərdə problemlər qalmaqda davam edəcək. Rusiya fərqli Avropa görmək istəyir”.