asdirma

ABŞ Konqresi F-35 qırıcılarının potensial əhəmiyyətli ehtiyat hissələrinin Avstraliyadan Honkonqa yönləndirilməsi ilə bağlı araşdırma aparır”.

Globalinfo.az xəbər verir ki, bunu Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin mətbuat katibi Hizer Voqan deyib.

Onun sözlərinə görə, komitə məsələdən xəbərdardır və hadisə ilə bağlı məsul şəxslərdən ibarət qrup araşdırmanı və nəzarəti davam etdirir.

“F-35 təyyarələri üçün nasaz komponentlərin tədarükü ilə bağlı problemdən xəbərdarıq. Bu komponentlərin geri qaytarılması, hadisənin araşdırılması və gələcəkdə oxşar halların qarşısını almaq üçün tədbirlərin görülməsi məqsədilə ABŞ hakimiyyəti və sənaye tərəfdaşları ilə fəal əməkdaşlıq edirik”, – deyə Pentaqonun F-35 proqramının idarəetmə strukturunun açıqlamasında bildirilib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: