Netanyahunun səhhəti ilə bağlı son durum açıqlandı

İsrailin Baş naziri Benyamin Netanyahu xəstəxanadan evə buraxılıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şənbə günü 73 yaşlı siyasətçi özünü pis hiss edərək huşunu itirib.

Netanyahunun səhhəti pis olduğu üçün onu “Tel HaShomer” xəstəxanasının kardiologiya mərkəzinə yerləşdiriblər.

Hazırda Netanyahunun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

***

Tel HaShomer Sheba xəstəxanasının kardioloqları İsrailin baş naziri Benyamin Netanyahunun ürəyinə ürək aritmiyalarını izləmək üçün cihaz yerləşdiriblər.

Onun sözlərinə görə, implantasiyanın köməyi ilə həkimlər nəinki baş nazirdə ciddi ürək ritm pozğunluqlarının qarşısını almağı, həm də onun səhhətinin pisləşməsinin səbəbini öyrənməyi planlaşdırır. Nəşrə müsahibəsində Adler onu da qeyd edib ki, şəxsi həkimi Netanyahunun Şeba mərkəzində xəstəxanaya yerləşdirilməsini tövsiyə edib. Kardioloq vurğulayıb ki, İsrailin baş nazirinə iş yükünü azaltmağı şiddətlə tövsiyə edəcək.

***12:10

İsrailin baş naziri Benyamin Netanyahu bazar günü səhər Tel Hashomer xəstəxanasının Şeba Mərkəzində tibbi müayinədən keçməyə davam edib, test nəticələri normaldır və gün ərzində evə buraxılması gözlənilir.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, bu barədə bazar günü İsrail Nazirlər Kabinetinin rəhbərinin ofisi məlumat yayıb.

“Bu səhər Baş nazir Benyamin Netanyahu Tel Haşomerdəki Şeba Tibb Mərkəzində tibbi müayinələrdən keçməyə davam edib. Nəticələr normaldır, onun vəziyyəti çox yaxşıdır və bu gün gün ərzində evə buraxılmalıdır” , – bəyanatda deyilir.

Qeyd edək ki, şənbə günü baş nazirin ofisi Netanyahunun Şeba Tibb Mərkəzinə gəldiyini, vəziyyətinin qənaətbəxş olduğunu və tibbi müayinədən keçdiyini bildirib. Baş nazir özü bildirib ki, bir gün əvvəl günəşdə çox vaxt keçirib və az su içib.