Seçkilər başa çatdıqdan sonra deputatlardan hesabat tələb edilməlidir”

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, seçkilər insanların istəklərini deputatları seçməklə həyata keçirməsi üçün əsas mexanizmlərdən biridir:

“Vətəndaşlar yalnız Prezidentlə birbaşa əlaqə xətti və digər tədbirlər zamanı problemlərini gündəmə gətirməməlidir.

Seçicinin bunun üçün öz deputatına müraciət etmək və ondan tələb etmək imkanı var”.

Qeyd edək ki, Rusiyada Dövlət Dumasına deputat seçkiləri 18–20 sentyabr tarixlərində keçirilir. Sentyabrın 20-si səsvermənin son günüdür.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: