Qətər hakimiyyəti mart ayında ölkənin hava məkanına daxil olan təyyarələrin iranlı hərbi pilotlarının əsir götürülməsi ilə bağlı İran tərəfinin yaydığı məlumatları qəti şəkildə təkzib edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid əl-Ənsari bildirib.
“İranlı pilotların saxlanılması ilə bağlı yayılan iddiaları qəti şəkildə rədd edirik. Regionda gərginliyin azaldılması istiqamətində diplomatik səylərin davam etdiyi bir vaxtda bu cür yanıltıcı açıqlamaların yayılmasına təəccüblənirik”, – deyə diplomat vurğulayıb.
XİN nümayəndəsi bildirib ki, təyyarələrin ekipajları Qətərin hava məkanını pozduqları barədə əvvəlcədən xəbərdar ediliblər.
“Döyüş əməliyyatlarının aparılması qaydalarına riayət edildikdən və ekipajlarla əlaqə yaratmaq cəhdləri cavabsız qaldıqdan sonra ərazimizin müdafiəsi üçün beynəlxalq hüququn tələblərinə uyğun zəruri tədbirlər görüldü”, – əl-Ənsari bildirib.
O, həmçinin axtarış-xilasetmə qruplarının pilotlardan birinin qalıqlarını aşkarladığını açıqlayıb.
Qətər hakimiyyəti meyitin beynəlxalq humanitar hüquqa uyğun şəkildə İrana təhvil verilməsini koordinasiya etmək üçün Tehranla əlaqə saxlayıb. Doha hələ aprel ayında İran nümayəndə heyətini axtarış əməliyyatının detalları ilə tanış olmaq üçün Qətərə dəvət edib.
Aysel Əliyeva
Globalinfo.az