2025-ci ildə vəfat edən məşhur rejissor Osman Sınavın “Kurtlar Vadisi Pusu” layihəsindən niyə ayrıldığı bəlli olub.
Globalinfo.az xəbər verir ki, bu barədə Kaşif Kozinoğlu istintaqı çərçivəsində ifadə verən Raci Şaşmaz danışıb.
Onun sözlərinə görə, Osman Sınav zaman-zaman ssenari ilə bağlı müəyyən fikir və tövsiyələr vermək istəyib.
Lakin Şaşmaz bunu məqsədəuyğun hesab etmədiyi üçün qəbul etməyib.
İfadəsində Şaşmaz bildirib ki, bundan sonra Osman Sınav ona təhdidlər aldığını, uşaqlarının olduğunu və layihədən ayrılmaq istədiyini deyib.
O, Sınavın “Kurtlar Vadisi”ndən ayrılmasının da bu şəkildə baş verdiyini iddia edib.
Qeyd edək ki, 20 mart 2025-ci ildə vəfat edən Osman Sınav iştirak etdiyi televiziya proqramlarının birində “Kurtlar Vadisi”nin rejissorluğunu niyə dayandırdığı ilə bağlı suala belə cavab vermişdi: “Bu, mənimlə birlikdə sirr kimi məzara gedəcək”.
Əliyar Xəlil
Globalinfo.az