Kürdəmir rayonunda fərdi yaşayış evində güclü yanğın baş verib.
Globalinfo.az xəbər verir ki, hadisə rayonun Garıs-Əyribənd kəndində qeydə alınıb.
Kənd sakini, 45 yaşlı Füzuli Nəcəfova məxsus ümumi sahəsi 360 kvadratmetr olan, yeddi otaqlı evdə yanğın olub.
Eyni zamanda Famil Cabbarova məxsus ev və ot tayası tamamilə yanıb.
Məlumata görə, yanğın həyətyanı sahədə ot tayasından başlayıb və qısa müddətdə evə keçib.
Yanğından sonra hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb.
Ev sahibinin sözlərinə görə, hadisə nəticəsində hər bir ailəyə təxminən 15 min manat maddi ziyan dəyib.
Bundan başqa, evdə olan sənəd, qızıl-zinət əşyası və digər əşyalar yanaraq kül olub.
Məsələ ilə bağlı araşdırma başlayıb.
Zaira Akifqızı
Globalinfo.az