qrono

Ermənistanın xarici işlər nazirinin müavini Vaan Kostanyan bu gün Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə danışıqlar aparıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Danışıqlar zamanı tərəflər Ermənistan və Aİ münasibətlərini, Bakı ilə İrəvan arasındakı sülhün institusionallaşdırılması məsələsini müzakirə ediblər”, – məlumatda bildirilib.

Qeyd edək ki, daha əvvəl Aİ-nin xüsusi nümayəndəsi “Report”a müsahibəsində Ermənistana səfər edəcəyini bildirmişdi.

Xatırladaq ki, Qrono Ermənistana səfərindən əvvəl Azərbaycanda olub və ölkədə akkreditə olunmuş diplomatik korpusun ölkənin azad edilmiş ərazilərinə – Qarabağ və Şərqi Zəngəzura səfərində iştirak edib.

Paylaş: