Biz BMT olaraq Qarabağda daha çox iş görməliyik.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Dmitro Şlapaçenko bildirib.
D.Şlapaçenko bölgədə hələ də çoxlu dağıdılmış evlərin olmasının isə onda fərqli təəssürat yaratdığını deyib:
“Eyni zamanda, hələ də çoxlu dağıdılmış evlərin olduğunu görmək məni məyus etdi. Bu, burada nələrin baş verdiyi barədə müəyyən təsəvvür yaradır”.
O, Qarabağda həyata keçirilən bərpa və quruculuq işlərini də yüksək qiymətləndirib:
“Azərbaycan hökumətinin Qarabağda gördüyü böyük səyləri hiss etdim. Yolları, tunelləri, bütün yeni infrastrukturu gördük. Bütün bunlar mənə çox şey düşünmək imkanı verdi”.
BMT rəsmisi bildirib ki, səfərdən sonra təşkilatın Qarabağda daha çox fəaliyyət göstərməsi ilə bağlı əminliyi daha da artıb:
“Biz BMT olaraq Qarabağda daha çox fəaliyyət göstərməyə çalışırıq. Əvvəllər də buna əmin idim, amma bütün bunları öz gözlərimlə görmək mənim üçün çox güclü mesaj oldu”.