Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib.
Globalinfo.az bildirir ki, bu, ittifaqın bugünkü konfransında səsvermə keçirilərək qərar qəbul edilib.
***12:03
Nizami Kino Mərkəzində Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçkisi keçirilir.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, konfransda AKİ-nin üzvləri, mədəniyyət və incəsənət nümayəndələri iştirak edirlər.
Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev martın 29-da vəfat edib. Mayın 26-da Azərbaycan Kinematoqrafçılar İttifaqının seçki konfransı keçirilib. Yetərsay olmadığından konfransın nəticəsi qeydə alınmayıb.
Hazırda ittifaq sədrinin səlahiyyətlərini Şəfiqə Məmmədova icra edir.
***11:30
Bu gün – 11 sentyabr saat 11:30-da “Nizami” Kino Mərkəzinin beşinci mərtəbəsində Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədr seçkisi baş tutacaq.
Globalinfo.az xəbər verir ki, hazırda AKİ-nin sədr postuna yeganə namizəd xalq artisti Şəfiqə Məmmədovadır.
Müstəqil Kino Platforması isə Azərbaycan Kinematoqrafçılar İttifaqının konfrans nümayəndələrinə müraciət ünvanlayaraq, xalq artisti, professor Həmidə Məmməd qızı Ömərovanın namizədliyini təklif edib.
Xatırladaq ki, daha əvvəl İdarə Heyətinin üzvü, həmçinin İcraçı katib Əli İsa Cabarov istefa verib. Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə də yekdilliklə qərar qəbul olunub.






