“Azərbaycan bizim üçün çox vacib ölkədir”.
Globalinfo.az xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman mətbuat konfransında çıxışı zamanı deyib.
“Biz təbii sərvətlərin səmərəli şəkildə istifadə olunmasını istəyirik və bu istiqamətdə müxtəlif layihələrin həyata keçirilməsi çox vacibdir.
Sülh əldə olunduqdan sonra regionda daha geniş iqtisadi və nəqliyyat əlaqələrinin qurulması üçün imkanlar yaranacaq. Həm Ermənistanın, həm də Gürcüstanın bu prosesdən faydalanması regionda daha çox əməkdaşlığa və daha geniş imkanların yaranmasına gətirib çıxaracaq.
Azərbaycanla bizim münasibətlərimiz çox yaxşıdır. Ölkələrimiz arasında kifayət qədər yaxşı əlaqələr mövcuddur və uğurlu layihələrimiz olub. Müxtəlif ölkələrdə Azərbaycanla bağlı öyrənə biləcəyimiz çox şey var. Eyni zamanda, Azərbaycanın da Avropa ölkələrinin təcrübəsindən faydalana biləcəyi sahələr mövcuddur. Bu baxımdan qarşılıqlı təcrübə mübadiləsinin aparılması olduqca vacibdir”, – səfir bildirib.
Safura Bənnayeva
Globalinfo.az