htmnnlabmildellyudc0fggr1vw3tay4tamokzmq 1200

Zimbabve hökuməti Kariba su anbarında bərənin batması nəticəsində 84 nəfərin həlak olması ilə bağlı araşdırma başladıb.

Bu barədə ölkənin nəqliyyat və infrastrukturun inkişafı naziri Feliks Mxonoya istinadən məlumat yayıb.

Kariba su anbarında axtarış-xilasetmə işləri davam edir. Bərənin göyərtəsində dəqiq neçə nəfərin olduğu hələ də rəsmi olaraq müəyyən edilməyib. İlkin olaraq gəmidə təxminən 160 nəfərin olduğu bildirilsə də, sonradan bu rəqəmin 100-dən çox olduğu qeyd edilib.

***

Zimbabvenin Kariba su anbarı ərazisində bərənin qəzaya uğraması nəticəsində 80 nəfər həyatını itirib, axtarış-xilasetmə əməliyyatı davam edir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” yerli polisə istinadən məlumat yayıb.

İlkin məlumatlara görə, bərə avqustun 11-də güclü külək və suyun dalğalanması səbəbindən çevrilib.

Gəmidə olan sərnişin və ekipaj üzvlərinin dəqiq sayı hələ müəyyən edilməyib. Hazırda hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Paylaş: