Macarıstanın şərqində avtobusun iştirakı ilə baş verən yol qəzası nəticəsində ən azı 12 nəfər həyatını itirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” respublikanın baş naziri Piter Magyara istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, Polşada qeydiyyatda olan avtobus avqustun 16-na keçən gecə Mezokereszt şəhəri yaxınlığında yoldan çıxaraq aşıb.
Polis bildirib ki, nəqliyyat vasitəsi Nyiregyhaza şəhəri istiqamətində hərəkət edirmiş.
Avtobusda ümumilikdə 57 sərnişin və iki sürücü olub. İlkin məlumata görə, sükan arxasında olan kişi yuxuya gedib. Qəzadan sonra sürücü saxlanılıb.
Qəza nəticəsində 12 nəfər ölüb, ən azı 10 nəfər yaralanıb.
Polşa lideri Karol Navroçki hadisə ilə bağlı başsağlığı verərək, “Macarıstanda Polşa avtobusunun aşması ilə bağlı faciəli xəbəri dərin kədərlə qarşıladım” deyib.
Polşanın xarici işlər naziri Radoslav Sikorski də hadisəni “faciəvi qəza” adlandırıb və ölkə hakimiyyətinin Macarıstanla əlaqə saxladığını bildirib.
Əliyar Xəlil
Globalinfo.az