bulvar hava 900x601 1

Bakıda qoçu kimi tanınan, sonradan isə bulvarı süpürməyə məcbur edilən bu şəxs kim idi?

Nargin adasından 200 Osmanlı əsirinin xilas edilməsində mühüm rol oynayan Bakı qoçusu necə öldürüldü?

1866-cı ildə Sabunçuda anadan olan Yusif Hacı Rüstəm oğlu – Malbaş Yusif Bakının ən nüfuzlu və xeyriyyəçi qoçularından biri idi. İribaşlı olduğuna görə “Malbaş” ləqəbi ilə tanınan Yusif kasıblara dayaq duran, comərdliyi ilə seçilən bir şəxs kimi hörmət qazanmışdı. Birinci Dünya müharibəsi illərində o, Nargin adasında ağır şəraitdə saxlanılan 200-dən çox Osmanlı əsirinin gizli şəkildə qaçırılaraq xilas edilməsində mühüm rol oynamışdı.

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Malbaş Yusif təqiblərə məruz qaldı. 1920-ci ilin avqustunda sovet təhlükəsizlik qurumunun sədri “Altıbarmaq” ləqəbli Baba Əliyevin göstərişi ilə həbs edildi. Onu alçaltmaq məqsədilə əlinə süpürgə verərək Dənizkənarı parkı – Bulvarı süpürməyə məcbur etdilər. Bu mənzərəni görən qardaşı Kəblə İbrahimin ürəyi partladı. Malbaş Yusif isə elə həmin ilin sentyabrında məhkəməsiz güllələnərək öldürüldü.

Paylaş: