“Survivor”un yarımfinalı Azərbaycanda keçirilə bilər

“Azərbaycanla bağlı layihələr düşünürük”.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bunu türkiyəli iş adamı Acun Ilıcalı Bakıda jurnalistlərə açıqlamasında bildirib.

“Layihələr olmasını istəyərəm. Çox istəyərəm ki, burada bir şou proqram edək. “Survivor”un yarımfinalını Azərbaycanda təşkil edə bilərik. Niyə də olmasın? Burada həm yaxşı insanlar çoxdur, həm də bizə böyük maraq var”, – o qeyd edib.