1

Şəmkirdə yanğın hadisəsi baş verib.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Dağ Tatarlı kəndində qeydə alınıb.

Kənd ərazisində “Niva” markalı minik avtomobilində anidən yanğın olub.

Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri və şəxsi heyəti cəlb edilib.

Qısa müddət ərzində alovun qarşı alınıb, avtomobilin qalan hissəsi yanğınsöndürənlər tərəfindən mühafizə olunub.

Yanğın nəticəsində xəsarət alan olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Paylaş: