“Rusiya ilə münaqişəni qış başlamazdan əvvəl başa çatdırmağa çalışacağıq”.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Onun sözlərinə görə, diplomatların əsas vəzifəsi Ukrayna hökumətinin tərəfdaşlarla münasibətlərində xarici siyasət istiqamətinə maksimum dəstək verməkdir.
Bununla belə, Zelenski etiraf edib ki, sülh səylərinin nə vaxt nəticə verəcəyini dəqiq demək mümkün deyil.
“Biz bunun qışa qədər, payız aylarında baş verməsi üçün əlimizdən gələni edəcəyik. Ancaq kiminlə qarşı-qarşıya olduğumuzu yaxşı anlayırıq”, – deyə Zelenski bildirib.
Əliyar Xəlil
Globalinfo.az