rr 1

Rumıniyanın paytaxtı Buxarestdə çobanların etiraz aksiyası polis ilə toqquşmaya çevrilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Digi24” məlumat yayıb.

Bildirilib ki, 5-6,5 min nəfərin qatıldığı aksiyada etirazçılar Milli Sanitar-Veterinar Nəzarət və Qida Təhlükəsizliyi İdarəsinin (ANSVSA) binasına daxil olmağa çalışıblar.

Bunun qarşısını almaq istəyən hüquq-mühafizə əməkdaşları gözyaşardıcı qazdan istifadə edərək nümayişçiləri dağıdıblar.

Çobanlar xırdabuynuzlu heyvanların taununa qarşı tətbiq edilən məhdudiyyətlərdən, heyvanların ixracına qoyulan qadağalardan və məcburi vaksinasiya tələblərindən narazıdırlar.

Onlar həmçinin ixracın bərpa edilməsini və yaranmış iqtisadi itkilərə görə kompensasiya ödənilməsini tələb edirlər.

Qeyd edək ki, aksiyalar Rumıniyada siyasi gərginliyin artdığı bir dövrə təsadüf edir. Ölkədə hakim koalisiya daxilində iqtisadi tədbirlər və hökumətin siyasəti ilə bağlı fikir ayrılıqları yaranıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: