messi 900x600 2

Lionel Messi 2026-cı il Dünya Çempionatından sonra komanda yoldaşlarına Argentinanın məşhur mate içkisi üçün fərdi dəstlər hədiyyə edib.

Globalinfo.az xəbər verir ki, bu barədə xarici mediada məlumat yayılıb.

Belə ki, Argentina millisinin müdafiəçisi Markos Senesinin sevgilisi, futbolçu Kelsi-Rouz Bauers Messinin hədiyyəsini nümayiş etdirib.

“Sizə çox maraqlı və xoşunuza gələcək bir şeyi göstərmək istəyirəm. Bu, Markosun turnirdən sonra aldığı, üzərində onun adının yazıldığı fərdi çantadır.

Messinin bütün futbolçulara hədiyyə etdiyi mate hazırlamaq üçün dəstdir. Dəstin içərisində qızılı rəngli termos, fincan və mate hazırlamaq üçün kifayət qədər böyük qab var.

Markos onu mənə verdi ki, qoruyub saxlayım və Mayamiyə gətirim. Bu hədiyyə həqiqətən möhtəşəmdir”, – deyə Bauers bildirib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: