vucic 900x600 2

Serbiya Silahlı Qüvvələrində hərbi xidmətə çağırış 2027-ci ilin mart ayında bərpa olunacaq.

Globalinfo.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.

Dövlət başçısının sözlərinə görə, Serbiya ordusu getdikcə güclənir.

O, çağırış başladıqdan sonra ölkənin daha da güclənəcəyini vurğulayıb.

“Mart ayından etibarən qısamüddətli hərbi xidmətimiz olacaq”, – deyə Vuçiç bildirib.

Serbiya ordusunda çağırış müddətinin 75 gün olacağı dəqiqləşdirilib.

Vuçiç əvvəllər üç qonşu ölkə – Xorvatiya , Albaniya və Kosovo arasında mümkün hərbi ittifaqla bağlı narahatlığını bildirmiş və Belqradın bu ittifaqı tanımadığını demişdi.

O, həmçinin ittifaqı “Serbiya üçün əsas təhlükə” adlandırmışdı.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: