tramp

ABŞ Prezidenti Donald Trampın İranla memorandumu imzaladığı anların görüntüləri yayılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Evin rəsmi sosial media hesablarında paylaşım edilib.

ABŞ Prezidenti Donald Tramp Fransanın Versal şəhərində İranla anlaşma memorandumunu imzalayıb” – deyə qeyd yazılıb.

Dünya mediası isə Trampın imza atdığı məkana diqqət çəkib.

Belə ki, Ağ Ev rəhbəri Birinci Dünya müharibəsinə son qoyan müqavilənin imzalandığı Versal Sarayında İranla rəsmi razılığa gəlib.

Qeyd edək ki, sözügedən müqavilə Versal Sarayında 1919-cu ildə imzalanıb və bu sənəd Almaniya ilə qalib dövlətlər arasında sülhü rəsmiləşdirib.

Bu müqavilə müharibədən sonra Avropanın siyasi xəritəsini dəyişdirən ən vacib sənədlərdən biri sayılır.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: