iran abs

ABŞ-da İranla bağlı vəziyyət və ölkədaxili terror təhlükələri yenidən gündəmə gəlib. Bu gün Senatın Kəşfiyyat Komitəsində keçirilən dinləmələrdə yüksək səviyyəli rəsmilərin çıxışları olub.

Globalinfo.az xəbər verir ki, “CBS News”un məlumatına görə, dinləmələrdə ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard, eləcə də digər yüksək vəzifəli təhlükəsizlik rəsmiləri iştirak edir. Onlar İranla bağlı müharibə ehtimalları və ölkə daxilində terror təhlükələri barədə hesabat təqdim edirlər.

Bu, Donald Trump administrasiyasının milli təhlükəsizlik blokunun yüksək vəzifəli nümayəndələrinin Milli Antiterror Mərkəzinin keçmiş rəhbəri Joe Kentin istefasından sonra ilk ictimai çıxışıdır.

Müzakirələr zamanı ABŞ-ın İranda məktəbə endirdiyi raket zərbəsi də diqqət mərkəzində olacaq. Məlumata görə, bu hücum nəticəsində 165-dən çox insan həlak olub və zərbənin köhnəlmiş kəşfiyyat məlumatları əsasında həyata keçirildiyi iddia edilir.Ağ Evdən bildirilib ki, hadisə ilə bağlı araşdırmalar gedir.

Qeyd edək ki, dinləmələr sabah ABŞ Konqresinin Nümayəndələr Palatasında davam etdiriləcək.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: