Qərb bölgəsində ötən gecədən başlayaraq səhər saatlarına qədər fasilələrlə güclü yağıntı qeydə alınıb.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, leysan və şimşəklə müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində Tovuz rayonunun mərkəzində piyada keçidləri və küçələrə su dolub. Bununla belə, ciddi fəsadlar qeydə alınmayıb.
Hazırda keçidlərin təmizlənməsi istiqamətində tədbirlər görülür.
Bölgədə qeyri-sabit hava şəraiti davam edir.
