İsrailin xarici işlər naziri Gideon Saar Ermənistan və Azərbaycan arasında sülhün əldə olunmasının Cənubi Qafqazda sabitliyin möhkəmlənməsinə və regional əməkdaşlığın inkişafına töhfə verəcəyini bildirib.
Globalinfo.az-ın xəbərinə görə, nazir bu barədə sosial şəbəkədə paylaşım edib.
O, Ermənistanın baş naziri Nikol Paşinyan və onun rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyasını parlament seçkilərində qələbə münasibətilə təbrik edib.
Gideon Saar qeyd edib ki, Baş nazir Paşinyan ölkəsini Azərbaycanla sülh və barışıq istiqamətinə aparmaqla liderlik nümayiş etdirib.
“Ermənistan və Azərbaycan arasında sülhün əldə olunması regional sabitliyin möhkəmlənməsinə və əməkdaşlığın inkişafına xidmət edəcək”, – deyə israilli nazir vurğulayıb.
Əliyar Xəlil