sesverme ermenistan

Ermənistan Baş naziri Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyasının sədr müavini Vaqan Aleksanyan Sünikdəki (Zəngəzur) bir neçə seçki məntəqəsinin ilkin nəticələrini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, səsvermənin nəticələrinə görə, Paşinyanın partiyası Zəngəzur ərazisində də liderdir.

Qeyd edək ki, Ermənistan müxalifəti xüsusən Zəngəzurdakı seçki məntəqələrindən gələcək nəticələrə ümid bəsləyirdi. Belə ki, müxalifət təbliğat-təşviqat kampaniyasında Paşinyanın seçiləcəyi təqdirdə guya buranı Azərbaycan və Türkiyəyə verəcəyini iddia edir, əhalini ona qarşı çıxmağa çağırırdı.

Sünik bölgəsindən gələn ilk nəticələr belədir:

Nerkin Hand, Sünik (Zəngəzur)

Vətəndaş Müqaviləsi”: 50

“Birlik Qanadları”: 15

“Güclü Ermənistan“: 11

Ermənistan” bloku: 3

Sisian, Balak

Vətəndaş Müqaviləsi”: 49

“Güclü Ermənistan“: 18

Ermənistan” bloku: 4

Verin Xotanan

Vətəndaş Müqaviləsi”: 92

“Güclü Ermənistan“: 9

“Birlik Qanadları”: 26

Ermənistan” bloku: 10

“Çiçəklənən Ermənistan”: 3

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: