1759682882.1697897961 1697815685 qeza a1

Mayın 12-də 07:30 radələrində Sabirabad rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 8 nəfər (5-i kişi, 3-ü qadın) Şirvan Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

TƏBİB-dən Globalinfo.az-a verilən məlumata görə, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

    Hazırda pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.

    ***08:41

    Sabirabad rayonunda ağır yol qəzası baş verib.

    Globalinfo.az bildirir ki, “Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Qaragüney kəndində qeydə alınıb.

    Belə ki, üç nəqliyyat vasitəsinin toqquşması nəticəsində 2000-ci il təvəllüdlü Ələsgərov Bəxtiyar, 1990-cı il təvəllüdlü Əhmədova Xalidə, 1970-ci il təvəllüdlü Allahverdiyeva Arifə, 1975-ci il təvəllüdlü Xudiyev Emin, 1964-cü il təvəllüdlü Turabov Mürvət və daha iki nəfər xəsarət alıb.

    Xəsarət alanlar Şirvan Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

    Paylaş: