Xocalıda qəza: yaralı var – FOTOLAR

 

Xocalı rayonu, Çanaqçı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Globalinfo.az-a Daxli İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

Məlumata görə, Bərdə rayon sakini Seymur Vəliyev idarə etdiyi “Shacman” markalı yük avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirərək yol kənarındakı su arxına aşıb. Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alan sürücüyə ilkin tibbi yardım göstərilərək xəstəxanaya göndərilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Zaira Akifqızı
Globalinfo.az