Ermənistanda siyasi müxalifət sülh danışıqlarına baxmayaraq, yeni müharibə ehtimalı ilə bağlı iddialar səsləndirirlər.
Globalinfo.az xəbər verir ki, Ermənistan parlamentinin müxalif fraksiyanın deputatı Armenuhi Kureqyan Milli Assambleyada çıxışı zamanı hakimiyyəti sərt tənqid edib.
O iddia edib ki, “üç müharibəyə səbəb olan qüvvə (Paşinyan – red.) indi sülhdən danışır” və mövcud hakimiyyətin siyasəti ölkəni növbəti qarşıdurmaya sürükləyə bilər.
Kureqyanın sözlərinə görə, əvvəlki dövrdə müharibəni dayandırmaq üçün vaxtında addımlar atılmayıb və bu, ciddi itkilərlə nəticələnib.
Qeyd edək ki, A.Kureqyan “3 müharibə” deyərkən 44 günlük savaşı, sərhəd toqquşmalarını və 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirlərini nəzərdə tutur.
Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycana səfər etmək istədiyini deyib. O, “Avropa Siyasi Birliyi”nin 2028-ci ildə Bakıda keçiriləcək sammitinə qatılmağı nəzərdə tutub. Bu bəyanatın fonunda müxalifətin aktivləşməsisülh prosesinin pozmaq istəyən qüvvələrin təxribatı kimi dəyərləndirilir.
Əliyar Xəlil
Globalinfo.az