
Rusiyanın Ukraynada həyata keçirdiyi əməliyyatların bəzi iştirakçıları və dövlət qulluqçularına qarşı sui-qəsd cəhdlərinin qarşısı alınıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.
FTX-nin keçirdiyi əməliyyat nəticəsində Çelyabinsk hava limanında partlayıcı qurğular aşkar edilib. Məlumata görə, Ukrayna tərəfi sözügedən şəxslərə poçtla müxtəlif hədiyyələr və ətir qutularında partlayıcı göndərməyə çalışıb. Bombaların Moskva, Voronej, Krasnador və Saratov bölgələrindəki mənzillərə göndərilməsinin planlaşdırıldığı açıqlanıb.
Bundan əlavə, Çelyabinskdə 4 əldəqayırma partlayıcı qurğunun olduğu başqa bir anbar tapılıb. Onların Tver, Rostov, Nijni Novqorod və Kaluqa vilayətlərindən olan hərbi qulluqçular üçün nəzərdə tutulduğu bildirilib.
Bağlamaların Ukraynanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rusiya vətəndaşı tərəfindən göndərildiyi ortaya çıxıb və o, polis tərəfindən saxlanılıb. Həmin şəxsin ona verilmiş siyahı üzrə bağlamalar hazırladığı qeyd edilir. Poçt qutuları hava limanında yüklərin yoxlanışı zamanı aşkar edilib.

Ayşən Mustafa
Globalinfo.az