1806cd82 1787 4bab 9d12 2af0b4bc4969

Böyük Britaniya Kralı III Çarlz ABŞ Prezidenti Donald Trampa Britaniya sualtı qayığına aid gəmi zəngini hədiyyə verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Kral bildirib ki, bu hədiyyə “HMS Trump” adlı sualtı qayığın simvolik elementidir və iki ölkə arasındakı tarixi dostluq və ittifaq münasibətlərini əks etdirir.

“Bu zəngi sizə şəxsi hədiyyə olaraq təqdim etməkdən məmnunam. O, sizin cəsur adaşınız olan gəmidə yerləşirdi. Əgər bizə ehtiyacınız olsa, sadəcə zəng edin” – deyə o vurğulayıb.

Qeyd edək ki, Kral III Çarlz 27 apreldə həyat yoldaşı Kamilla ilə birlikdə ABŞ-a səfər edib.

Səfər ABŞ İstiqlal Bəyannaməsinin 250 illiyi ilə əlaqələndirilir və monarxın taxta çıxmasından sonra ən mühüm xarici səfərlərdən biri hesab olunur.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: