obama


ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun gəzməli və görməli yerlərinin sabiq Prezident Barak Obamanın dövründə bataqlığı xatırlatdığını açıqlayıb. 

Globalinfo.az xəbər verir ki, müvafiq paylaşım Trampın “Truth Social” səhifəsində də dərc olunub.

Ağ Evin vəzifəli şəxsi “Vaşinqton” abidəsi ilə “Linkoln” memorialı arasındakı hovuzun iki şəklini paylaşıb.

Tramp yaşıl su və yosunların əks olunduğu hovuzun şəklinə “Hüseyn Obama” ritorik başlığını yazıb.

Tramp şəffaf mavi suyun əks olunduğu hovuzun ikinci şəklinə isə öz adını yazıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: