İranda internet 500 saatdan çoxdur tamamilə kəsilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Beynəlxalq internet monitorinq xidməti “NetBlocks” məlumat yayıb.
“İran dünyadan təcrid olunmanın 23-cü gününə qədəm qoyur”, – deyə bildirilib.
Monitorinq xidməti İslam Respublikasının artıq dörd həftədir ki, oflayn rejimdə olduğunu vurğulayıb.
Martın 15-də İranın xarici işlər naziri Abbas Əraqçi “CBS News”a bildirib ki, İranın davam edən müharibəyə görə təhlükəsizliyin təmin edilməsi üçün internetə çıxış məhdudlaşdırılıb.
Qeyd edək ki, fevralın 28-də ABŞ İsraillə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb.
Əliyar Xəlil
Globalinfo.az