Hazırda Ermənistan hakimiyyəti Azərbaycanla Qarabağın təhvil verilməsinin texniki məsələləri barədə danışıqlar aparır.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə erməni politoloq Varujan Geqamyan çıxış edib.
“Hazırda Qarabağın verilməsinin texniki tərəfləri müzakirə edilir. Yəni bu təhvil prosesi neçə il ərzində baş tutacaq, yerli ermənilərin hansı haqları olacaq, erməni məktəblərinin olmasına izn veriləcəkmi və s. kimi suallara aydınlıq gətirilir.
Daha bir danışıqlar mövzusu isə Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərini necə quracağıdır. Hakimiyyətin qənaətinə görə, bu münasibətlər mehriban qonşuluq xarakterli olacaq”, – o bildirib.
İlkin Həsənov
Globalinfo.az