ilhammmmm

Azərbaycan Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, Münhen Təhlükəsizlik Konfransı 2026-cı ildə də qlobal təhlükəsizliyin əsas məsələlərini müzakirə etmək üçün beynəlxalq qərar qəbul edən şəxsləri yenidən Münhendə bir araya gətirir.

Azərbaycan bu il konfransda artıq 8-ci dəfə iştirak edən Prezident İlham Əliyev tərəfindən təmsil olunur. Beləliklə, biz birgə dialoq vasitəsilə Avropa ilə Cənubi Qafqaz arasında sabitliyə və tərəfdaşlığa öz töhfəmizi veririk”, – məlumatda qeyd edilib.

Paylaş: