İranda etiraz aksiyalarında ölənlərin sayı 5000-ə çatıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyinin adı açıqlanmayan İran rəsmisinə istinadən məlumat yayıb.
“Hökumət əleyhinə etirazlar ölkənin şimal-şərqindəki kürdlərin yaşadığı ərazilərdə ən şiddətli şəkildə baş verib.
İran hakimiyyəti artan iğtişaşlara görə Qərbi, xüsusən də ABŞ-ı günahlandırır”, – deyə əlavə olunub.
Qeyd edək ki, İran İslam Respublikasında etirazlar dekabrın sonlarında başlayıb.
Əliyar Xəlil
Globalinfo.az