ink blot for psychiatric evaluations rorschach test set of grunge abstract black spots vector

Daha əvvəl fövqəladə vəziyyət siqnalı verən Dubay–Moskva reysini yerinə yetirən təyyarə təhlükəsizlik baxımından hər hansı təhdid olmadan, normal rejimdə qalxdığı hava limanına eniş edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Utair” aviaşirkəti məlumat yayıb.

“Utair” aviaşirkətinə məxsus Dubay–Moskva reysini həyata keçirən hava gəmisi “Flightradar24” məlumatlarına əsasən Əl-Maktum hava limanına eniş edib.

Qeyd edək ki, daha əvvəl bir sıra Telegram kanallarında 767-224 saylı reysin Əl-Maktum hava limanından havaya qalxdıqdan sonra bortda fövqəladə vəziyyət siqnalı verdiyi barədə məlumat yayılıb.

“Utair”in açıqlamasında bildirilir ki, hava limanına geri qayıdan təyyarənin sərnişinləri və ekipaj üzvləri arasında xəsarət alan olmayıb.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: